"çətin rəqibə qarşı birinci hissədə yaxşı oynadıq. Ancaq fasilədən sonra çox əziyyət çəkdik". Matc.az saytının məlumatına görə, bunu "Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi La Liqanın IV turunda "Alaves"lə keçirilən səfər oyunundan sonra deyib.

Əndəlüs təmsilçisi Xoan Cordanın yeganə qolu ilə qalib gələrək, xallarının sayını 10-a çatdırıb və liderliyi ələ keçirib.

Qarşılaşmadan sonra futbolçularından razılıq bildirən Lopeteqi Avropa Liqasında da işlərinin asan olmayacağını söyləyib. O, ilk turda "Qarabağ"la keçiriləcək səfər görüşünə də toxunub: "Futbolçularımdan daim yüksək temp tələb edirəm. Komandada əlaqə yüksək səviyyədədi. "Alaves"lə matçda hər cəhətdən əla görünsək də, boşluqlardan lazımi səviyyədə yararlana bilmədik. La Liqada hər oyun bir sərgüzəştdi və istənilən rəqibin öz şərtləri var. Mövsümə uğurlu başlanğıc hələ heç nə demək deyil. Komanda hər şeyi düzgün edir və bizim işimiz bu tempi oyundan-oyuna artırmaqdı. Xüsusən də, Bakı səfəri öncəsi daha yaxşı vəziyyətə gəlməliyik. çünki orda bizim üçün daha çətin olacaq. Avropa arenasında ilk oyunumuz olduğundan, çox həyəcanlıyıq".

Qeyd edək ki, "Qarabağ" - "Sevilya" matçı sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest