Madrid “Real”ının qapıçısı Tibo Kurtua komandanın baş məşqçisi Joze Mourinyo haqqında səmimi açıqlamalar verib. Daha əvvəl 2014/2015-ci illərdə “Çelsi”də birlikdə çalışmış təcrübəli duetin yolları yenidən Madriddə kəsişib.

Matc.az xəbər verir ki, Kurtua portuqaliyalı mütəxəssisin komandaya qayıdışından çox məmnun olduğunu bildirib: “Onu yenidən görmək çox xoşdur. Qayıtmasına çox sevindim. Joze “Real”a gələndə mənə mesaj yazmışdı, amma iki həftə cavab verə bilmədim - təyyarədə idim və mesajı dərhal görməmişdim”.

Qapıçı Mourinyonun illər keçdikcə daha da yetkinləşdiyini və sakitləşdiyini qeyd edib. Kurtuanın sözlərinə görə, mütəxəssis “Çelsi”də çalışarkən soyunub-geyinmə otağında daha sərt olub. Lakin qazandığı təcrübə onun üslubuna müəyyən qədər sakitlik gətirib.

Mourinyonun xarakterinin özəyinin dəyişmədiyini vurğulayan qapıçı qeyd edib ki, o, bütün məkana hakim olur: “Soyunub-geyinmə otağına daxil olanda onun varlığını dərhal hiss edirsən. Bizə məhz belə bir insan çatışmırdı”.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest