11 Noyabr 2026, 16:34
FUTBOL
“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal komandasının Avropanın ən güclüsü olduğunu düşünür. Matc.az xəbər verir ki, gənc futbolçu Kataloniya təmsilçisinin Madrid “Real”ına (1:2) və PSJ-yə (2:4) məğlub olmasına baxmayaraq, bu nəticələrin komandanın potensialını əks etdirmədiyini bildirib.
“Mənim fikrimcə, “Barselona” Avropanın ən yaxşı komandasıdır. Bəli, “Real”a uduzduq, amma bir oyun heç nəyi müəyyənləşdirmir. PSJ də bizdən güclü deyil. Görəsən, onlar öz meydanımızda bizi məğlub edə bilərdilər? İnanıram ki, gələcəkdə PSJ-yə qalib gələ biləcəyik. Yaxşı formada olsaq və zədəli futbolçularımız olmasa, onları məğlub etmək üçün bütün imkanlarımız var. Buna səmimi şəkildə inanıram”, – deyə Bernal bildirib.













