Bu gün qadın basketbolçulardan ibarət milli komandalar arasında  FIBA Avropa çempionatının ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, A qrupunda mübarizə aparan Azərbaycan yığması İsveçrə ilə qarşılaşıb.

Millimiz ilk görüşündə fiasko ilə üzləşib. Milli Gimnastika Arenasında İsveçrə ilə oyunda 51 xallıq fərqlə - 33:84  (7:14; 6:27; 16:23; 4:20) hesabı ilə uduzub.

Komandamız noyabrın 14-də saat 14:00-da eyni arenada İrlandiya yığması ilə üz-üzə gələcək.

Milli komandamız qrup mərhələsindəki son görüşünü noyabrın 17-də səfərdə İslandiyaya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest