"Keşlə" Azərbaycan çempionatlarında 400-cü ev qolunu vurub. Bu, Premyer Liqanın IV turunun "Səbail"lə matçına təsadüf edib. Komandasının 1:2 hesabı ilə uduzduğu görüşdə fərqlənən Lorenzo Frutos yubiley qolunun müəllifi olub.

"Keşlə" Azərbaycan çempionatlarında 400-cü ev qolunu vurub. Matc.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın IV turunun "Səbail"lə matçına təsadüf edib.

Komandasının 1:2 hesabı ilə uduzduğu görüşdə fərqlənən Lorenzo Frutos yubiley qolunun müəllifi olub. Əvvəllər "Xəzər Universiteti" və "İnter" adı altında da çıxış edən paytaxt klubu 400-cü ev qolunu 275-ci matçında vurub. Bakılıların öz meydanındakı məhsuldarlığı 1,46-ya bərabərdi.

Azərbaycan çempionatları tarixində 4 komanda evdə "Keşlə"dən daha çox qol vurub. "Neftçi", "Qarabağ", "Kəpəz" və "Turan"dan geri qalan bakılıların öz meydanındakı ilk qolu 1999/2000 mövsümündə qeydə alınıb. 1999-cu il noyabrın 7-də "Neftçi" ilə qarşılaşmada 2:3 hesabı ilə uduzan "Xəzər Universiteti"nin ilk topuna 37-ci dəqiqədə Samir Ələkbərov imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest