Xulio Sezar Rodriges "Zirə"də 10-cu qolunu vurub. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paraqvaylı hücumçunun yubiley topu Premyer Liqanın IV turuna təsadüf edib.
Cari mövsümdə ilk qolunu "Sumqayıt"la səfər matçında (2:1) vuran forvard bunadək "qartallar"ın heyətində 9 dəfə fərqlənmişdi. Bu ilin əvvəlində transfer olunan Rodriges ötən mövsüm çempionatda 8, kubokda 1 qol vurub. O, özünün 10-cu qolunu meydana çıxdığı 18-ci matçda rəqib qapısından keçirib. Cənubi amerikalının orta məhsuldarlığı 0,55-ə bərəbərdi.
Xulio Sezar "Zirə"nin tarixində 10 və daha çox qol vuran 4-cü futbolçudu. Klubun ən yaxşı bombardiri Nelson Bonilya 17, Riçard Qadze 12 dəfə fərqlənib. Rodrigeslə eyni sayda – 10 qol vuran Aslan Hüseynov isə yalnız I divizionda rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Rodriges "Zirə"də ilk qolunu fevralın 10-da "Səbail"lə səfər matçında vurub.