"Daha əvvəlki mövsüm "Sumqayıt"ın heyətində bir mövsüm ərzində 14 qol vurmuşdum. "Keşlə"də isə bir ara yaxşı olsa da, sonluğa doğru alınmadı, az şans qazanır, son qarşılaşmalarda çıxış etmir, demək olar ki, ehtiyatda qalırdım".

"Hava şəraitini özünüz gördünüz. Belə oynamaq, həqiqətən də, çətin idi. Evdə oynayırdıq, ardıcıl 3 matçda uduzduğumuzdan, üzərimizdə təzyiq var idi. Bu oyunda qalib gəlməli idik. Sevinirik ki, bunu bacardıq. Vacib olanı 3 xal idi, onu da əldə etdik".

Matc.az xəbər verir ki, bunu "Sumqayıt"ın futbolçusu Amil Yunanov evdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 26 yaşlı hücumçu yüzfaizlik qol epizodlarında iştirak edə bilmədiyini söyləyib: "Bugünkü matçda bəhanə etmirəm, amma hava şəraiti elə idi ki, epizodları tutmaq çətin idi. Bu görüşdə yalnız döyüşmək lazım idi. Komanda şəklində bunu etdik və vacib qolu vuraraq, qələbə qazandıq".

Yunanov "Keşlə" karyerasının onu geriyə atdığını da etiraf edib: "Əlbəttə, geri atdı. Daha əvvəlki mövsüm "Sumqayıt"ın heyətində bir mövsüm ərzində 14 qol vurmuşdum. "Keşlə"də isə bir ara yaxşı olsa da, sonluğa doğru alınmadı, az şans qazanır, son qarşılaşmalarda çıxış etmir, demək olar ki, ehtiyatda qalırdım. Bu da oyunuma təsirini göstərdi və məni bir qədər geri atdı. "Sumqayıt"a qayıtdıqdan sonra təlim-məşq toplanışını çətin keçdim. İndi isə yavaş-yavaş yaxşılığa doğru gedirəm. çalışıram ki, daha yaxşı olum. Əvvəllər də çıxış etdiyim kimi formada olmadığımı anlayıram. çətin vəziyyətdən çıxacağıma və hər şeyin yaxşı olacağına inanıram".

Forvard növbəti tur qarşılaşacaqları "Qarabağ"ı Azərbaycanın ən güclü komandası adlandırıb: "Bu komandaya qarşı istər-istəməz daha motivasiyalı çıxış edirsən. "Qarabağ", "Neftçi" kimi güclü kollektivlərlə oynamağı xoşlayıram. Bu, özümüz üçün də yaxşıdı. Səfərdə çıxış etməyimizə baxmayaraq, xal qazanmağa çalışacağıq. Hərçənd, "Qarabağ" da bütün komandalar kimi, öz meydanında yaxşı çıxış edir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest