"Sumqayıt"la yoxlama oyunundan başlayaraq artan qrafik cızırıq. Bu da məni sevindirir. İki zədəlimiz var. Oyun planında daha da artıra bilərik".

"Oyunun ağır keçəcəyini əvvəlcədən bilirdik. "Səbail" yerli futbolçulardan təşkil olunmuş yaxşı komandadı. Rəqibi düzgün təhlil edib, yetirmələrimi oyuna yaxşı hazırlaya bildik".

Matc.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçi əvəzi Elmar Baxşıyev səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- Bu, "Qəbələ"nin maksimumu idi?

- "Sumqayıt"la yoxlama oyunundan başlayaraq artan qrafik cızırıq. Bu da məni sevindirir. İki zədəlimiz var. Oyun planında daha da artıra bilərik.

- ülvü İsgəndərovun qapıçının üstündən vurduğu top çərçivəyə düşmədi. Bunu oyunun qırılma anı saymırsınız?

- Gənc komandayıq. Əsas odu ki, artıraq. Həmin epizod qol da ola bilərdi.

- Bu, tapşırıq idi ki, fasilədən sonra müdafiəyə çəkiləsiniz?

- Xeyr, belə tapşırıq yox idi. Yəqin ki, rəqib də təzyiq göstərdi, uşaqlara da hesab təzyiq göstərirdi.

- Hakimlikdən narazı idiniz?

- Xeyr, normal idarəetmə oldu. Futbol – emosiyalar oyunudu. Ola bilər hansısa epizodda etiraz edəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest