Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Vorskla" – "Qarabağ" görüşünü idarə edəcək isveçrəli Sandro Şarer karyerasında ilk dəfə Azərbaycan komandalarının oyununda fit çalacaq. Matç.az saytının məlumatına görə, ondan fərqli, həmyerlisi Raffael Zeder "Qarabağ"a tanış referidi.

Ukraynaya dördüncü hakim qismində yollanacaq 38 yaşlı Zeder 2016-17 mövsümündə bu turnirin qrup mərhələsi üçün ölkəmizə səfər edib. İsveçrəli həmin vaxt ilk tur çərçivəsində "Dalğa Arena"da baş tutan "Qarabağ" - "Slovan" görüşünə yan xətt hakimi qismində çıxıb. 2:2 hesabı ilə nəticələnən həmin matçda Ağdam klubunun heyətində Miçel və Rəşad Sadıqov fərqlənmişdi.

Qeyd edək ki, noyabrın 8-də keçiriləcək "Vorskla" – "Qarabağ" oyunu Bakı vaxtı ilə 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest