Azərbaycan Premyer Liqasının V turu "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov üçün əlamətdar olub. Matc.az xəbər verir ki, 37 yaşlı müdafiəçi kapitanı olduğu Ağdam klubunun heyətində 200-cü çempionat oyununa çıxıb.
Bu, arxa xətt oyunçusunun mövsümdə ilk qarşılaşması olub. Karyerası ərzində "Turan" və "Neftçi"də də oynamış Sadıqov 2009/10 mövsümündən "Qarabağ"da çıxış edir. Bu müddətdə 8 qola sevinən müdafiəçi Ağdam klubunun tarixinə ölkə çempionatlarında 200 və daha çox matç keçirən 10-cu futbolçu kimi düşüb.
Qeyd edək ki, Rəşad bir müddət öncə "Qarabağ"da ümumilikdə bütün turnirlər nəzərə alınmaqla 300-cü matçını keçirib. Bu, çempionlar Liqasının "Partizani" ilə Tiranadakı qarşılaşmasına təsadüf edib.
mövsüm |
klub |
oyun |
qol |
2009/10 |
Qarabağ (Ağdam) |
20 |
1 |
2010/11 |
Qarabağ (Ağdam) |
14 |
0 |
2011/12 |
Qarabağ (Ağdam) |
27 |
2 |
2012/13 |
Qarabağ (Ağdam) |
25 |
3 |
2013/14 |
Qarabağ (Ağdam) |
25 |
0 |
2014/15 |
Qarabağ (Ağdam) |
21 |
0 |
2015/16 |
Qarabağ (Ağdam) |
19 |
2 |
2016/17 |
Qarabağ (Ağdam) |
14 |
0 |
2017/18 |
Qarabağ (Ağdam) |
18 |
0 |
2018/19 |
Qarabağ (Ağdam) |
16 |
0 |
2019/20 |
Qarabağ (Ağdam) |
1 |
0 |
|
Cəmi |
200 |
8 |