25 Sentyabr 2019, 11:43
MPL
Azərbaycan Premyer Liqasının V turunda əlamətdar hadisə qeydə alınıb. Matc.az xəbər verir ki, ölkə çempionatları tarixinin ümumi cədvəlində lider dəyişib.
1992-ci ildən keçirilən yarışın cədvəlində uzun illər lider olan "Neftçi" ilk pilləni əldən verib. Zirvəyə Premyer Liqada son 6 mövsümün çempionu "Qarabağ" yüksəlib. V turda "Zirə"ni 3:1 hesabı ilə yenən Ağdam klubu qələbəyə görə üç xal prinsipi ilə hesablanan cədvəldəki xalını 1496-ya çatdırıb. Eyni sayda – 782 matç keçirən "Neftçi" isə bir xal geri qalır.
Qeyd edək ki, "Qarabağ" 782 oyunda 439 qələbə qazanıb, 179 heç-heçə edib və 164 dəfə uduzub. "Neftçi" isə 441 qələbə qazanıb, 172 heç-heçə edib və 169 dəfə məğlub olub.