"Səbail"lə görüşdə 6 futbolçusu sarı vərəqə alan "Qəbələ" 800 manat cərimələnib. "Sumqayıt"la qarşılaşmada 5 oyunçusu "sarı"ya qonaq edilən "Sabah" da eyni cəriməyə məruz qalıb. Qarşılaşmanın 79-cu dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan "Sumqayıt"ın hücumçusu Mehdi Şərifi 1 oyunluq cəzalanıb.

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Matc.az saytının məlumatına görə, toplantıda Premyer Liqanın V turunda keçirilmiş oyunlarda qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.

"Səbail"lə görüşdə 6 futbolçusu sarı vərəqə alan "Qəbələ" 800 manat cərimələnib.

"Sumqayıt"la qarşılaşmada 5 oyunçusu "sarı"ya qonaq edilən "Sabah" da eyni cəriməyə məruz qalıb. Qarşılaşmanın 79-cu dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan "Sumqayıt"ın hücumçusu Mehdi Şərifi 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

"Neftçi" ilə oyunda 4 futbolçusu sarı vərəqə alan "Keşlə" 800 manat cərimələnib. 35-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulan "Neftçi"nin müdafiəçisi Donald Gerye qarşıdakı 1 oyunu buraxacaq. Eyni zamanda klubunu 200 manat ziyana salıb..

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest