Argentinalı futbolçu ölkə çempionatının geridə qalan turunda "Santa Klara" (2:1) ilə qarşılaşmanın 30-cu dəqiqəsində zədələnərək əvəzlənib.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq" ciddi itki ilə üzləşib. Matç.az saytının Portuqaliya mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Rodriqo Battalya sıradan çıxıb.

Argentinalı futbolçu ölkə çempionatının geridə qalan turunda "Santa Klara" (2:1) ilə qarşılaşmanın 30-cu dəqiqəsində zədələnərək əvəzlənib. Tibbi müayinədən sonra 27 yaşlı oyunçunun diz bağlarının qopduğu müəyyənləşib. Əməliyyat olunacaq futbolçu bir neçə ay komandasına kömək edə bilməyəcək. Bu isə o deməkdi ki, Battalya üçün il başa çatıb və o, "Qarabağ"la Bakıdakı görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, "Qarabağ" – "Sportinq" matçı qrup mərhələsinin V turu çərçivəsində noyabrın 29-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest