Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Matc.az saytının məlumatına görə, komitə Premyer Liqanın VI turundakı oyunlarda qeydə alınmış neqativ halları müzakirə edib.

Maraqlıdı ki, yalnız bir oyunla bağlı problem aşkarlanıb. Belə ki, "Qəbələ" – "Neftçi" matçı başa çatdıqdan sonra qonaqların hücumçusu Rauf Əliyev azarkeşlə münaqişəyə girdiyinə görə ciddi xəbardarlıq alıb.

Həmçinin bölgə təmsilçisinin azarkeşlərinin davranışına görə kluba da ciddi xəbardarlıq edilib. Belə hallar yenidən təkrarlanacağı təqdirdə ciddi sanksiyalar tətbiq olunacaq.

Qeyd edək ki, "Qəbələ" - "Neftçi" oyunu qonaq komandanın 3:0 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest