"Bu, xoşagəlməz hal idi. Nəticənin xeyrimizə olduğu anda sakit olmağa çalışmalı idik. Baş məşqçimiz bizi toplayaraq tapşırıqlarını verdi. Oyunçularla danışdıq ki, daha səbrli olaq"

"Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburqun "Düdelanj" klubuna qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 4:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı öncə bunları söyləyib:
 
"Biz "Düdelanj"ın necə komanda olduğunu bilirdik. Rəqibə hörmətlə yanaşırdıq. Fikrimcə, yaxşı oyun keçirdik, layiqli qələbə qazandıq. çalışacağıq ki, növbəti oyunlarda bu nailiyyəti təkrarlayaq".
 
Qarayev ilk yarıdakı erməni təxribatına da münasibət bildirib: "Biz artıq belə təxribatçı əməllərə hazırıq. Avropa Liqası matçında qondarma qurumun bayrağını göstərmək kimi ucuz reklam yalnız ermənilərə məxsus ola bilər. Bu, xoşagəlməz hal idi. Nəticənin xeyrimizə olduğu anda sakit olmağa çalışmalı idik. Baş məşqçimiz bizi toplayaraq tapşırıqlarını verdi. Oyunçularla danışdıq ki, daha səbrli olaq. Belə şeyləri yalnız ermənilər edə bilər".
 
Qarayev Kipr APOEL-i ilə keçirəcəkləri qarşıdakı iki oyunun həlledici ola biləcəyinə diqqət çəkib: "Düşünürəm ki, maraqlı qrupda oynayırıq. Qarşıdakı iki oyunumuz maraqlı və gərgin keçəcək. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə göstərək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest