16 May 2026, 10:09
FUTBOL
PSJ "Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bildirilir ki, Madrid klubu yaxşı təklif alacağı təqdirdə, 23 yaşlı futbolçunu satmağı ciddi şəkildə düşünməyə hazırdır. Belə ki, "Real" 2021-ci ildən komandada çıxış edən fransız yarımmüdafiəçinin perspektivlərinə şübhə ilə yanaşır.
Bu mövsüm Kamavinqa bütün yarışlarda 42 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 50 milyon avrodur.













