Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Səudiyyə Ərəbistanı çempionatında keçirilən "Əl-Nəsr" - "Əl-Hilal" (1:1) matçından sonra Kriştiano Ronaldonun hazırkı formasını şərh edib.
Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis 41 yaşlı hücumçunun yığma komanda üçün vacib fiqur olduğunu deyib:
"Kriştiano hələ də daxilində böyük bir qələbə arzusu daşıyır. Səudiyyə Ərəbistanına gəldiyi gündən bu yana onun səviyyəsinin aşağı düşməsinə dair hər hansı bir əlamət görmürəm. O, müstəsna dərəcədə yaxşı oynayır və Portuqaliya yığması üçün nə dərəcədə vacib olduğunu sübut edib. Yalnız əvvəlki nailiyyətlər milli komandada yer qazanmaq üçün kifayət deyil. Eyni zamanda yığmanın uğurlarına töhfə vermək lazımdır. Onun üzərinə düşən öhdəliklər digər oyunçularla eynidir".
Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 29 oyun keçirib, 26 qol vurub və 2 məhsuldar ötürmə edib.













