15 May 2026, 14:37
FUTBOL
"Barselona"nın hücumçusu Robert Levandovski tezliklə gələcəyi ilə bağlı yekun qərarını verəcək.
Matc.az xəbər verir ki, b barədə jurnalist Karlos Monfor məlumat yayıb.
37 yaşlı futbolçu "Betis"ə qarşı keçiriləcək növbəti matça qədər seçimini etmək niyyətindədir. Mayın 17-si baş tutacaq bu oyun kataloniyalıların cari mövsümdə öz meydanındakı son qarşılaşması olacaq.
Hazırda polşalı ulduzun agentləri Səudiyyə Ərəbistanının iki klubu ilə aktiv danışıqlar aparır və hər şey forvardın karyerasını bu klublardan birində davam etdirəcəyinə işarə edir. 37 yaşlı forvardın "Barselona" ilə hazırkı müqaviləsi iyunun sonunda başa çatır.













