15 May 2026, 17:54
FUTBOL
"Roma"nın hücumçusu Paulo Dibala komandada qalmağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Klub yeni müqavilənin şərtləri ilə bağlı danışıqlarda əhəmiyyətli dərəcədə irəliləyiş əldə edib. Argentinalı hüücumçu ilə sözləşmənin yaxın günlərdə imzalana biləcəyi gözlənilir.
32 yaşlı futbolçunun maaşı mövsüm başına təxminən 2 milyon yarım avro təşkil edəcək. Lakin bu məbləğ onun keçirdiyi oyunların sayından və məhsuldar hərəkətlərindən asılı olaraq arta bilər.
Paulo Dibala bu mövsüm İtaliya A Seriyasında 20 qarşılaşmada iştirak edib, bu oyunlarda 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Təcrübəli forvardın "canavarlar"la hazırkı müqaviləsi iyunun sonunda başa çatır.













