"Mançester Yunayted"də 2025/2026 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

Matc.az xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuda Brunu Fernandeş hamını qabaqlayıb və Mett Basbi mükafatına layiq görülüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı futbolçu 5-ci dəfə mövsümün ən yaxşısı seçilib. 31 yaşlı hücumameyilli yarımmüdafiəçi hərəyə 4 dəfə mükafatı qazanmış Kriştiano Ronaldo və David de Xeanın rekordunu yeniləyib.

Qeyd edək ki, Brunu Fernandeş bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə keçirdiyi 35 oyunda 8 qol vurub, 21 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest