"Selta"nın kapitanı Yaqo Aspas həm klubun, həm də La Liqanın tarixini yenidən yazmağa davam edir.

Matc.az xəbər verir ki, hücumçu komandanın heyətində İspaniya çempionatında meydana çıxan ən yaşlı futbolçu kimi tarixə düşüb. Rekord müəyyənləşən anda Aspas 38 yaş 284 günlüyündə olub.

Təcrübəli forvard Xuan Vaskes Tenreyronun 70 ildən artıqdır yenilənməyən rekordunu geridə qoyub. "Selta"nın La Liqa tarixindəki ən yaşlı beş oyunçusu siyahısına Visente Quaita, Qonsalo Marsa və Yayo Sans da daxildir.

​Aspas "Selta" forması ilə İspaniya çempionatında 401 oyun keçirib. Onun La Liqada debütü 18 avqust 2012-ci ildə "Balaydos" stadionunda "Malaqa"ya qarşı baş tutub.

​Yaxın vaxtlarda Yaqo Aspasın gələcəyi ilə bağlı qəti qərar verəcəyi gözlənilir. Həm klub rəhbərliyi, həm də azarkeşlər ispaniyalı oyunçunun daha bir mövsüm "səma mavisi" komandada çıxış edəcəyinə ümid edirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest