15 May 2026, 14:26
FUTBOL
"Everton"un kapitanı Şeymus Koulman komandadan ayrılacaq.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Koulman Premyer Liqa klubunu ilə mövsümün sonunda başa çatan müqavilənin müddətini uzatmayacaq. 37 yaşlı sağ cinah müdafiəçisi yayda azad agent statusu ilə komandanı tərk edəcək.
Qeyd edək ki, Şeymus Koulman 2009-cu ilin yanvarından "Everton"da çıxış edir. İrlandiyalı oyunçu bu müddət ərzində "mavilər"in heyətində keçirdiyi 433 matçda 28 qol vurub, 29 qol ötürməsi edib.













