"Düdelanj" Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la oyunda baş verən erməni təxribatına görə Ağdam klubundan üzr istəyib. Lüksemburq təmsilçisi bunu rəsmi tvitter səhifəsi vasitəsilə edib. Rəqib təxribatla əlaqələrinin olmadığını vurğulayıb.

"Düdelanj" Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la oyunda baş verən erməni təxribatına görə Ağdam klubundan üzr istəyib. Matc.az xəbər verir ki, Lüksemburq təmsilçisi bunu rəsmi tvitter səhifəsi vasitəsilə edib.

Rəqib təxribatla əlaqələrinin olmadığını vurğulayıb: "Azərbaycanlı qonaqlardan üzr istəyirik. Bizim bu təxribatla heç bir əlaqəmiz yoxdu. Araşdıracağıq".

Qeyd edək ki, dünənki oyunun 31-ci dəqiqəsində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla meydançanın mərkəzinə gətirildikdən sonra stadionda ara qarışıb, 20 dəqiqədən çox fasilə yaranıb. Hadisədən sonra arenada olan Lüksemburqun idman naziri də mikrofon vasitəsilə üzr istəmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest