04 Oktyabr 2019, 14:28
AVROPA LİQASI
"Qarabağ"ın hücumçusu Mahir Emreli Lüksemburqda "Düdelanj"la keçirilən oyun zamanı baş verən erməni təxribatına münasibət bildirib. Matc.az saytının məlumatına görə, gənc futbolçu instaqram səhifəsi vasitəsilə hadisəyə öz mövqeyini ortaya qoyub.
22 yaşlı oyunçu paylaşımında bunları yazıb: "Mövzu Vətəndisə, gerisi təfərrüatdı. Qarabağ Azərbaycanındı". Onun bu paylaşımını bəyənənlər arasında "Qarabağ"ın sabiq polşalı oyunçusu Yakub Jezniçak, hazırda "Neftçi"də çıxış edən seneqallı müdafiəçi Mamadu Mbodj da olub.
Qeyd edək ki, "Qarabağ"ın 4:1 hesabı ilə qalib gəldiyi görüşün 31-ci dəqiqəsində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla meydanın məkəzinə gətirilmiş və bu üzdən oyun 20 dəqiqədən çox dayandırılmışdı.