"ötən il "Arsenal"la keçirilən oyunda da bir azarkeş bu bayraqla meydana daxil olmuşdu. Buna görə oyun dayandırılmamışdı, ancaq təxribat var idi". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana deyib.
ölkəsi İspaniyada "Marca" nəşrinə açıqlama verən futbolçu Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Düdelanj"la qarşılaşmadakı erməni təxribatına münasibət bildirib. Görüşü 1 qol, 1 məhsuldar ötürmə ilə başa vuran Kintana separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla meydana gətirilməsinin futboçulara mənfi təsir göstərdiyini vurğulayıb: "Hesab edirəm ki, belə təxribatlara uymamalıyıq. Baş məşqçimiz də bunu məsləhət görür. Ancaq bəzi futbolçular üçün bunun çətin olduğunu başa düşürəm. Ailə üzvlərini itirənlər və ya evlərini tərk etmək məcburiyyətində qalanlar var. Həm də unutmayaq ki, Qarabağ əslində münaqişənin olduğu bölgədəndi. Ancaq düşünürəm ki, baş verənlərə nə qədər az diqqət ayırsaq, o qədər az təxribatlar olar".
"Qarabağ"ın 10 nömrəsi növbəti rəqib olan APOEL-lə səfər matçında da bənzər hadisə ilə üzləşə biləcəklərini istisna etməyib: "Hakim bizə bildirdi ki, bayraq yenidən meydançanın üzərinə gətirilsə, buna fikir verməyək və futbolumuzu oynayaq. Hətta növbəti səfər oyunumuzda da bu halın təkrarlanma ehtimalı vurğulandı. çünki qrupun IV turunda APOEL-in qonağı olacağıq. Kiprdə çox sayda erməni yaşadığından, orda da bənzər hadisə ilə üzləşə biləcəyimiz barədə bizə məlumat verildi. Belə xoşagəlməz olayların davam etməsi təəssüf doğurur".
Qeyd edək ki, "Qarabağ" "Düdelanj" üzərində 4:1 hesablı qələbə qazanaraq, qrupda 2-ci pilləyə yüksəlib. Təmsilçimiz növbəti oyununu oktyabrın 24-də evdə APOEL-ə qarşı keçirəcək.