05 Oktyabr 2019, 20:24
MPL
Azərbaycan Premyer Liqasının VII turunda "Səbail"lə qarşılaşan "Neftçi" ciddi itki ilə üzləşib. Matc.az saytının məlumatına görə, baş məşqçi Roberto Bordin fasilədən dərhal sonra əvəzləməyə əl atmalı olub.
Buna səbəb ilk hissədə qapıçı Səlahət Ağayevin zədələnməsi olub. Əzələsində problem yaşayan millinin qolkiperi ikinci hissədə meydana çıxmayıb. Məşqçilər korpusu onu Aqil Məmmədovla əvəzləyib.
Qeyd edək ki, hazırda davam edən görüşdə "Neftçi" 2:0 hesabı ilə öndədi.