06 Oktyabr 2019, 21:08
MPL
Azərbaycan Premyer Liqasının VII turunda "Sabah"la qarşılaşan "Qarabağ" ciddi itki ilə üzləşib. Matc.az saytının məlumatına görə, baş məşqçi Qurban Qurbanov erkən əvəzləməyə əl atmalı olub.
Belə ki, hücumçu Mahir Emreli oyunu sona qədər davam etdirə bilməyib. Qarşılaşmanın 28-ci dəqiqəsində rəqib oyunçu ilə ikili mübarizədə zədələnən Emreli həkimlərin müdaxiləsindən sonra oyunu davam etdirsə də, yalnız 8 dəqiqə meydanda qala bilib. Gənc futbolçu 36-cı dəqiqədə Abdullah Zubirlə əvəzlənib.
Qeyd edək ki, hazırda ilk hissəsi gedən görüşdə "Qarabağ" 1:0 hesabı ilə öndədi.