Azərbaycan Premyer Liqasının I dövrəsini lider kimi başa vuran "Qarabağ" 7 oyunda 7 qələbə qazanıb. Matc.az xəbər verir ki, 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 7-ci dəfə komandalardan biri ilk yeddi turda xal itirmir.
İndiyədək qeydə alınan 6 belə hadisəyə üç komanda imza atıb. "Neftçi" 4, "Şəfa" və "Xəzər Lənkəran" hərəyə 1 dəfə uğurlu startla fərqlənib. "Qarabağ" isə bunu bacaran 4-cü klub olub.
Sonuncu belə seriya 12 il əvvələ təsadüf edib. Həmin vaxt "Xəzər Lənkəran" çempionata ardıcıl 7 qələbə ilə başlayıb.
1992 |
Neftçi |
7 |
7 |
0 |
0 |
20-2 |
14 |
1994/95 |
Neftçi |
7 |
7 |
0 |
0 |
26-3 |
14 |
1996/97 |
Neftçi |
7 |
7 |
0 |
0 |
30-2 |
21 |
2000/01 |
Neftçi |
7 |
7 |
0 |
0 |
22-2 |
21 |
2003/04 |
Şəfa |
7 |
7 |
0 |
0 |
22-2 |
21 |
2007/08 |
Xəzər Lənkəran |
7 |
7 |
0 |
0 |
16-2 |
21 |
2019/20 |
Qarabağ |
7 |
7 |
0 |
0 |
17-1 |
21 |
Startdakı ardıcıl qələbələr üzrə rekord "Neftçi"yə məxsusdu. Bakılılar 1992-ci ildə 12, 1994/95 mövsümündə 10 (qələbəyə görə 2 xal verildiyi çempionatlar), 1996/97 mövsümündə 9 qələbəni sıralayıb. "Şəfa"nın seriyası 8 oyun sürübsə, "Neftçi"nin son uğurlu startı və Lənkəran təmsilçisi 7 qələbə ilə kifayətlənib.