Bu matç futbol tarixində Azərbaycan klublarının noyabrın 8-də keçirdiyi ikinci qarşılaşma olacaq. İndiyədək təmsilçilərimiz yalnız bir dəfə bu tarixdə meydana çıxıb.

Azərbaycan çempionu "Qarabağ" sabah avrokuboklarda növbəti oyununu keçirəcək. Matç.az saytı xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin IV turunda Ukrayna "Vorskla"sı ilə görüşəcək.

Bu matç futbol tarixində Azərbaycan klublarının noyabrın 8-də keçirdiyi ikinci qarşılaşma olacaq. İndiyədək təmsilçilərimiz yalnız bir dəfə bu tarixdə meydana çıxıb.

Bu hadisə 6 il öncə yaşanıb. Avrokuboklarda qrupa düşən ilk Azərbaycan komandası kimi tarixə düşən "Neftçi" 2012-ci il noyabrın 8-də Bakıda "Rubin"i qəbul edib.

Avropa Liqasının həmin matçının taleyini 1 qol həll edib. Rusiya təmsilçisi Bakıdan 3 xalla ayrılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest