Avropa Liqasının qrup mərhələsinin IV turunun "Vorskla" - "Qarabağ" oyunu iki ölkə təmsilçilərinin qitə miqyaslı turnirlərdə 6-cı dueli olacaq. Matç.az saytı xəbər verir ki, Azərbaycan və Ukrayna klublarının indiyədək avrokuboklarda 5 görüşdə üz-üzə gəlib.
İlk duellər ötən əsrin sonlarında baş tutub. 1999/2000 mövsümündə həmin vaxt UEFA kuboku adlanan yarışın təsnifat mərhələsində "Şəmkir"in yolları "Krivbass"la kəsişib. Qərblilər səfərdə darmadağına üzülüb (0:3), cavab matçında isə 2 cavabsız qol buraxıb.
2014/15 mövsümündə isə Ukrayna səfəri uğurlu alınıb. Bu ölkəyə 2-ci səfər edən təmsilçimiz "Qarabağ" olub. Qurban Qurbanovun yetirmələri "Dnepr"i Avropa Liqasının qrup oyununda məğlub edib – 1:0. Lakin Bakıdakı qarşılaşma rəqibin 3 xal qazanması ilə başa çatıb – 1:2.
Azərbaycan klublarının ukraynalılarla 5-ci görüşü 2 həftə öncə baş tutub. "Qarabağ" "Vorskla" ilə ev matçında 0:1 hesabı ilə uduzub.
ümumilikdə 5 qarşılaşmada təmsilçilərimiz 1 dəfə qalib gəlib, 4 dəfə uduzub.. Top fərqində də üstünlük ukraynalıların tərəfindədi – 8:2.
Bu ölkəyə 3-cü səfər öncəsi rəqib meydanındakı qarşılaşmalarda 1 qələbə və 1 məğlubiyyətimiz var. Top fərqi meydan sahiblərinin xeyrinədi – 3:1. Əvvəlki 2 qarşılaşmada hesabı açan komanda qələbə qazanıb.