Sabah Avropa Liqasında II dövrəyə start veriləcək. Matç.az saytı xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" IV turda "Vorskla" ilə qarşılaşacaq.
Ukraynanın Poltava şəhərindəki görüş Qurban Qurbanovun yetirmələri üçün böyük önəm daşıyır. çünki komandanın avrokuboklardakı taleyi bu matçdan asılıdı.
Ardıcıl üç məğlubiyyət alan "Qarabağ" 1/16 final şanslarını saxlamaq üçün mütləq qalib gəlməlidi. Poltavadakı xal itkisi təmsilçimizə baha başa gələcək.
Qrup mərhələsində qol vura bilməyən Ağdam klubu səfərdən məğlub dönsə, 1/16 final şansını rəsmən itirəcək. Belə olan halda son iki tur təmsilçimiz üçün formal xarakter daşıyacaq.
Heç-heçə də məğlubiyyətə bərabər sayılmalıdı. çünki qazanılacaq 1 xal da 1/16 final şansının itməsi ilə nəticələnə bilər. Bunun yaşanmaması üçün "Arsenal" "Sportinq"ə qalib gəlməlidi.
Ukrayna təmsilçisi isə Bakıdakı qələbədən sonra mərhələ adlamaq arzusuna doğru ilk addımını atıb. Növbəti qələbə Vasili Saçkonun yetirmələrinin şansını artıra bilər. Amma bunun üçün "Sportinq" də xal itirməlidi.
Qeyd edək ki, "Vorskla" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Avropa Liqası
Qrup mərhələsi, IV tur
E qrupu, 8 noyabr
00:00. "Vorskla" (Ukrayna) - "Qarabağ" (Azərbaycan)
Poltava. Aleksey Butovski adına stadion. Hakimlər: Sandro Şörer, Bekim Zoqay, Ştefan De Almeyda, Raffael Tseder, Alen Byeri, Lukas Fandrix (hamısı İsveçrə)
1 |
Arsenal |
3 |
3 |
0 |
0 |
8-2 |
9 |
2 |
Sportinq |
3 |
2 |
0 |
1 |
4-2 |
6 |
3 |
Vorskla |
3 |
1 |
0 |
2 |
4-6 |
3 |
4 |
Qarabağ |
3 |
0 |
0 |
3 |
0-6 |
0 |