Bugünkü məşqimiz adi qaydada keçdi. Həmişəki kimi sakit məcrada hazırlaşdıq.

"Bu gün "Qarabağ"la oyunun hazırlığını yekunlaşdırdıq. Hər məşqdən öncə bizə qapıya daha çox zərbə vurmaq tələb olunur". Matç.az saytı xəbər verir ki, bunu "Vorskla"nın futbolçusu Vladislav Kulaç deyib.

Poltava təmsilçisinin hücumçusu Avropa Liqasının "Qarabağ"la sabah keçiriləcək oyunu öncəsi təşkil olunan açıq məşq zamanı hazırlıq haqda danışıb: "Demək ki, qarşımıza vəzifə qoyuldu. Sabah da bu tapşırığı yerinə yetirmək, vəzifənin öhdəsindən gəlməyə çalışacağıq. Bugünkü məşqimiz adi qaydada keçdi. Həmişəki kimi sakit məcrada hazırlaşdıq. Xüsusi nə isə etmədik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest