Birinci il deyil ki, işləyirəm. Karyeramın çox da yaxşı olduğunu deyə bilmərəm, hər zaman işlər istədiyin kimi olmur. Sabahkı oyunla bağlı böyük söz demək istəmirəm. Ancaq pis əsgər odu ki, general olmaq istəmir.
"Bizim üçün sabah çox ciddi oyun olacaq. Bu görüşü çoxdan gözləyirdik". Matç.az saytının məlumatına görə, bunu "Vorskla"nın baş məşqçisi Vasili Saçko deyib.
Ukrayna təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah Azərbaycan çempionu "Qarabağ"ı qəbul edəcək.
Oyunöncəsi mətbuat konfransında 43 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- İlk görüşdəki mübarizəni nəzərə alsaq, sabah yenə müdafiə futbolu oynayacaqsız, yoxsa fərqli "Vorskla" görəcəyik?
- Bizim özümüzə görə taktikamız var. Necə lazımdısa, o cür də çıxış edəcəyik. "Qarabağ" çox güclü komandadı. Amma 12-ci oyunçumuz olan azarkeşlərin də dəstəyi ilə qələbə qazanmağa çalışacağıq.
- Bukmeker kontoruna nəzər yetirsək, hər kəs "Vorskla"dan qələbə gözləyir...
- Bukmeker kontorunda nə yazılması məni maraqlandırmır. "Qarabağ" güclü komandadı. Biz də meydana qələbə üçün çıxacağıq.
- Bakıda meydana çıxmayan futbolçulardan hansınısa sabah start heyətində görə bilərikmi?
- Zədəsi olmayan futbolçular komanda ilə hazırlaşırlar. Hamısına güvənirəm, kimin iştirak edəcəyinə isə sabah aydınlıq gətirəcəyik.