Azərbaycan Premyer Liqasının ilk dövrəsində "Neftçi"nin 3 futbolçusu bütün oyunların iştirakçısı olub. Baş məşqçi Roberto Bordin geridə qalan 7 turda yalnız Səlahət Ağayev, Stiven Jozef-Monroz və Namiq Ələsgərovun xidmətindən bütün matçlarda yararlanıb.

Azərbaycan Premyer Liqasının ilk dövrəsində "Neftçi"nin 3 futbolçusu bütün oyunların iştirakçısı olub. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, baş məşqçi Roberto Bordin geridə qalan 7 turda yalnız Səlahət Ağayev, Stiven Jozef-Monroz və Namiq Ələsgərovun xidmətindən bütün matçlarda yararlanıb. Meydanda keçirdiyi dəqiqə sayına görə, Səlahət hamını qabaqlayır. Bütün qarşılaşmalarda start heyətində meydana daxil olan milli komandamızın üzvü yalnız VII turda "Səbail"lə görüşün fasiləsində zədələndiyi üçün əvəzlənib.

Monroz 6 oyunu əvəzedilmədən keçiribsə, bir matçda meydana sonradan daxil olub. Namiq isə gah əsas heyətdən, gah da ehtiyatdan mübarizəyə qoşulub, ancaq heç bir matçı başdan sona qədər keçirməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest