Bu gün keçiriləcək Avropa Liqasının IV turunun "Vorskla" – "Qarabağ" oyunundan əvvəl Ukrayna klubunun sabiq futbolçularının proqnozları açıqlanıb. Matç.az saytı xəbər verir ki, Poltava təmsilçisinin keçmiş oyunçuları görüşlə bağlı dəqiq hesabı proqnozlaşdırıb.

Sabiq yarımmüdafiəçi Eduard Tsixmeystruk "Vorskla"dan 2:1 hesablı qələbə gözləyir: "Qrup mərhələsi başlamazdan əvvəl "Vorskla"nın pley-offa yüksələcəyini söyləyən çox az adam tapılardı. Amma Azərbaycandakı qələbə Poltava təmsilçisi üçün yaxşı perspektiv yaratdı. Əminəm ki, "Qarabağ" özünün ilk xallarını qazanmaq üçün hər şey edəcək. Amma Bakıdakı tarixi – ilk qələbədən sonra "Vorskla"dan davamını gözləmək istəyirik. Bunun üçün əsas da var. Vacib odu ki, komandanı dəstəkləməyə çox sayda azarkeş gəlsin. çünki bərabərsəviyyəli komandaların oyunlarında bu amil həlledici rol daşıya bilər".

Digər sabiq yarımmüdaiəçi Andrey Pukanıç da eyni hesabı proqnozlaşdırır: "Ukraynada hamı kimi mən də "Vorskla"nın qələbəsini gözləyirəm. Hərçənd Poltava klubu üçün oyun Azərbaycandakından daha çətin olacaq. Mən matçın 2:1 hesabı ilə başa çatacağını deyirəm. Yəqin ki, Vasili Saçkonun yetirmələri daha çox hücum edəcək. Bax burada əsir düşməmək çox vacibdi. çünki "Qarabağ" rəqibin müdafiəsində boşluqlar tapmağı bacarır".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest