"Baş məşqçinin və futbolçularımızın yaxşı hazırlaşdıqlarını düşünürəm. Kimsənin şübhəsi olmasın. 100 faiz gücümüzlə çalışırıq. Artıq üç xal qazanmaq vaxtıdı"
"Sabah"ın yarımmüdafiəçisi Ozan Can Kökçü Azərbaycan Premyer Liqasının VIII turunda "Keşlə" ilə (1:1) keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Matc.az saytının məlumatına görə, gənc futbolçu çətin oyun olduğunu bildirib.
- Bərabərlik qolumuz son dəqiqələrdə gəldi. Burdan ən azı bir xalla ayrılmalı idik. Bunu da etdik. çətin oyun oldu.
- "Sabah"ın oyunu alınmadı. Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasiləni dəyərləndirə bilmədiniz?
- Bunu bilmirəm. çünki mən U-21 millisində idim. Baş məşqçinin və futbolçularımızın yaxşı hazırlaşdıqlarını düşünürəm. Kimsənin şübhəsi olmasın. 100 faiz gücümüzlə çalışırıq. Artıq üç xal qazanmaq vaxtıdı.
- üç xal üçün "Sabah"a nə lazımdı?
- Bunu demək mənə uyğun olmaz. Bir şeyi bilərəm ki, əlimizdən gələni edib, gözəl oyun nümayiş etdirəcəyik. Belə olsa, üç xal da gələcək.
- Baş məşqçi səndən narazı görünürdü. öz oyunundan razısan?
- Haqlı olduğunu düşünürəm. çünki bu gün mənə görə də oyunda deyildim. öz oyunumu göstərə bilmədim. "Keşlə" yaxşı qapanmışdı. Bu da mənə çətin oldu. öz oyunumu göstərə bilmədim. Son zamanlar bir az çox çıxış edirəm. Həm U-21 yığmasında, həm də "Sabah"da oynadım. Bəlkə də, yorğunluq ola bilər. Sən futbolçusan və nə qədər lazımdısa, o qədər də oynamalısan. Bu gün öz performansımdan razı qalmadım. Baş məşqçi narazı olmaqda haqlıdı. çalışacam ki, daha gözəl oynayım.