"Sona yaxın yorulduq. Zədələnmələr, oyunçu dəyişiklikləri ola bilər ki, mənfi təsir etdi. Ümumi götürdükdə bu günə kimi yaxşı formada idik. Bəzən belə də alınır. Hər matçı mükəmməl keçirmək də mümkün deyil. Belə oyunlar hələ çox olacaq".

"Erkən qol vurduq, sonra yenə şanslarımız oldu. 2, 3 və hətta 4 qol da vura bilərdik". Matc.az saytının məlumatına görə, bunu "Keşlə"nin yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Azərbaycan Premyer Liqasının VIII turunda "Sabah"la üz-üzə gələn qəsəbə təmsilçisi son dəqiqələrdə qol buraxaraq, qələbəni əldən verib - 1:1.

Matçdan sonra brifinqdə jurnalistlərin suallarını cavablandıran İsmayılov bərabəliyə üzülmədiyini söyləyib: "Sona yaxın yorulduq. Zədələnmələr, oyunçu dəyişiklikləri ola bilər ki, mənfi təsir etdi. ümumi götürdükdə bu günə kimi yaxşı formada idik. Bəzən belə də alınır. Hər matçı mükəmməl keçirmək də mümkün deyil. Baş məşqçinin dediyi kimi, belə oyunlar hələ çox olacaq. "Qəbələ" ilə görüş bəlkə bundan da ağır olacaq. Ona görə də, heç kim kənardan çempionata asan baxmasın. çətin çempionatdı. Düzdü, son dəqiqələrdə qol buraxaraq, 2 xal itirdi. Amma digər tərəfdən də xallarımızın üstünə xal gəldi. Bu matçı unudub, "Qəbələ" barədə düşünmək lazımdı".

31 yaşlı oyunçu "Qəbələ" ilə "Qarabağ" arasında keçirilən (1:1) günün digər matçı barədə də fikir bildirib: "Qəbələ"nin "Qarabağ"dan xal alması çempionatımızın ağır keçməyindən xəbər verir. Həqiqətən də, gözlənilməz nəticə idi. "Qəbələ"də çox dəyişiklik olsa da, sübut etdilər ki, futbol oynaya bilirlər. İndi bizi onlarla oyun gözləyir. Bu gün də sona yaxın müdafiəyə çox qapandıq və həddən artıq yükləndik. Bu, yorğunluğa gətirib çıxardı, nəticədə də qol buraxdıq. Bəlkə də, ədalətli nəticə heç-heçə idi".

Əfran İsmayılov öz çıxışını da dəyərləndirib: "Hələ tam hazır deyiləm. Yavaş-yavaş formaya düşməyə çalışıram. Demək olar ki, 70 faiz özümü toparlamışam. Getdikcə daha yaxşı olacam".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest