"Bu gün hamı bilir ki, "Qarabağ" digər klublardan üstündü. Futbolçularının keyfiyyəti, tutduqları yer bunu göstərir. Bu baxımdan "Qarabağ"dan hamı səviyyə fərqinə görə geridi. Digər klublar isə eyni səviyyədədi. Deyərdim ki, 7 klub Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparır".

Matc.az saytının məlumatına görə, bunu "Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərli deyib. 24 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının VIII turunda "Sabah"la keçirilən oyunu (1:1) dəyərləndirib.

- Qələbə hesabını sona qədər qoruya bilməməyiniz nədən qaynaqlandı?

- Oyunun çətin keçəcəyini bilirdik. Vurduğum qol istəyirdim ki, bizə qələbə qazandırsın. Qismət belə imiş, gələn matçlarda qalib gələrik. Bir xal da pis nəticə sayılmamalıdı. "Qəbələ" ilə oyuna ciddi hazırlaşıb, üç xal götürməliyik.

- Vurduğun qoldan sonra əsgər salamı verdin. Bunu Türkiyə ordusuna dəstək üçün etdin?

- Biz Azərbaycan türküyük. Türkiyə ordusu hazırda əməliyyatdadı. Həm onlara görə, həm də bizim də əsgərlərimiz var, cəbhə xəttində bizi qoruyurlar. Onları da düşündüm və yaxın dostum əsgərdi. Bütün əsgərlər üçün hərbi salam verdim. Allah hamısını qorusun!

- çoxlu qol şansları qaçırdınız. Bir xala razı olmağınız qəribə gəlir...

- Oyunu analiz etməyə vaxtımız olacaq. Bizm də, "Sabah"ın da epizodları var idi. Bir az ustalığı artırsaydıq, ikincini vura bilərdik. Ruslan Qurbanovla Sezar Meza Kollinin zədəsi var idi. Həftə ərzində qrip ola-ola məşq eləmişəm. Bu gün oynamaq mənim üçün də ağır idi. Bir xal da pis deyil. Son saniyələrdə qol buraxmağımız üzücü gəlir.

- Növbəti rəqibiniz "Qəbələ" bu gün "Qarabağ"ı büdrətdi...

- "Qəbələ" mübariz komandadı. Narahat deyilik. öz oyunumuzu göstərib, 3 xal qazanmağa çalışacağıq. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest