21 yaşadək futbolçulardan ibarət Ukrayna milli komandasının Danimarka və Azərbaycana qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Matc.az Ukrayna Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Ruslan Rotan 24 futbolçuya dəvət göndərib:
 
Qapıçılar: Vladislav Kuçeruk, Ruslan Neşeret (hər ikisi "Dinamo", Kiyev), Oleq Bilik ("Aleksandriya");
 
Müdafiəçilər: Denis Popov ("Dinamo", Kiyev), Valeri Bondar ("Şaxtyor", Donetsk), Yuxim Konoplya ("Desna"), Yevgeni çeberko ("Zarya"), Vladislav Baboqlo, Timur Steçkov (hər ikisi "Aleksandriya"), Viktor Kornienko, Aleksey Bıkov (hər ikisi "Mariupol"), Boqdan Milovanov ("Sportinq", İspaniya), Roman Vantux ("Olimpik");
 
Yarımmüdafiəçilər: Nikolay Şaparenko, Georgi çitaişvili (hər ikisi "Dinamo", Kiyev), Boqdan Lednev ("Zarya"), Yevgeni Smirnı ("Kolos"), Maksim çex, Dmitri Topalov, Vladislav Vakula (hamısı "Mariupol"), Axmed Alibekov ("Slovan", çexiya), Sergey Buleça ("Dnepr-1");
 
Hücumçular: Vladislav Supryaqa ("Dnepr-1"), Nazari Rusin ("Zarya").
 
Qeyd edək ki, Ukrayna millisi noyabrın 15-də Aç-2021-nin seçmə mərhələsi çərçivəsində Danimarka yığması ilə üz-üzə gələcək. Həmin oyun Lvovda baş tutacaq. Ayın 19-da isə ukraynalıları Bakıda Azərbaycan millisi ilə yoxlama oyunu gözləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest