"İnter Mayami" klubunun hücumçusu Lionel Messi futbol tarixində cərimə zərbələrindən vurulan qolların sayına görə ikinci pilləyə yüksəlib. Bu, "San-Dieqo" ilə 2:2 hesabı ilə başa çatan MLS matçında qeydə alınıb.
Matc.az xəbər verir ki, argentinalı ulduz futbolçu karyerası ərzində cərimə zərbələrindən 71-ci qolunu vuraraq əfsanəvi Peleni (70 qol) geridə qoyub.
Bu göstərici üzrə mütləq rekord isə 77 qolla Juninyo Pernambukanuya məxsusdur. "Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun aktivində isə cərimə zərbələrindən vurulmuş 64 qol var.
Qeyd edək ki, "San-Dieqo" ilə oyundakı qol 39 yaşlı Messinin "İnter Mayami" heyətində rəsmi turnirlərdə vurduğu 101-ci qol olub. Cari mövsümdə o, MLS-də keçirdiyi 22 matçda 20 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.













