"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 550-ci qələbəsini qazanıb. Bu, komandanın yubiley – 1000-ci oyununa təsadüf edib.

Matc.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Bakı klubu Azərbaycan Premyer Liqasının VI turunda "Qəbələ"yə qalib gəlib – 3:0. Bu, 242-ci səfər qələbəsi olub. "Ağ-qaralar" evdə 301, neytral meydanda 7 dəfə qalib gəlib. "Neftçi" "Qarabağ"dan sonra 550 və ya daha çox qələbə qazanan 2-ci komanda kimi tarixə düşüb.

Qeyd edək ki, paytaxt klubunun ilk qələbəsi 1992-ci il mayın 8-də Sumqayıt "Xəzər"i ilə ev matçında gerçəkləşib – 1:0.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest