17 Fevral 2020, 02:23
DÖYÜŞ NÖVLƏRİ
Dubayda keçirilən Karate 1 Premyer Liqa turnirində Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) növbəti uğuruna imza atıb. Matc.az xəbər verir ki, 35 yaşlı idmançı turnirin qalibi olub.
Dəfələrlə dünya və Avropa çempionu olmuş Ağayev Dubay turnirinin final görüşündə italiyalı Luici Busaya 3:2 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Qeyd edək ki, turnirdə iştirak edən digər karateçimiz İrina Zaretska 67 kq çəki dərəcəsində bürünc medala yiyələnib. "Əl Vasl" arenasında baş tutan nüfuzlu yarışda 85 ölkədən 571 karateçi mübarizə aparıb.