Basketbol üzrə Azərbaycan çempionatı dayandırılıb. Matc.az xəbər verir ki, bu addım ölkə ərazisində koronavirusun yayılma ehtimalının qarşısını almaq məqsədi ilə atılıb.
 
Azərbaycan Basketbol Federasiyası kişilər arasında Superliqanı qeyri-müəyyən vaxta qədər dayandırmağı məqsədəuyğun sayıb. Yarışın bir dəfəlik dayandırılacağı və ya qısa müddətdə yenidən keçirilməsi ilə bağlı qərar sonradan veriləcək. 
 
Qeyd edək ki, Superliqada martın 2-5-də də eyni səbəbdən oyunlar təxirə salınmışdı. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest