"Tottenhem"in müdafiəçisi Pedro Porro ayda klubunu dəyişə bilər.

Matc.az "CaughtOffside"a istinadən xəbər verir ki, Avropadan bir neçə klub ispan futbolçunu transfer etmək istəyir.

"Mançester Siti", "Barselona" və "Bavariya" 25 yaşlı sağ cinah müdafiəçisini heyətinə qatmaq üçün mübarizə aparır. Hər üç klubu "Tottenhem"lə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Pedro Porro bu mövsüm "Tottenhem"in heyətində keçirdiyi 49 oyunda 4 qol vurub, 9 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest