Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, "Bazel"in yarımmüdafiəçisi Samuele Kampo bu həftənin ən yaxşısı seçilib.
 
O, UEFA-nın rəsmi saytında keçirilən sorğuda çarles Aranqis ("Bayer"), Markos Antonio ("Şaxtyor", Donetsk) və Odion İqalonu ("Mançester Yunayted") qabaqlayıb.
 
Qeyd edək ki, Kampo "Ayntraxt"a 3:0 hesabı ilə qalib gəldikləri matçda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest