Şehiç Türkiyənin ən yaxşı 5 qolkiperindən biridir. Onun çıxışından çox məmnunuq

"Ərzurumspor"un baş məşqçisi Mehmet özdilek İbrahim Şehiçin gələcək karyerası barədə danışıb. Matc.az xəbər verir ki, gənc mütəxəssis bosniyalı qapıçının "Beşiktaş"a keçəcəyi iddalarına belə münasibət bildirib:

"Şehiç Türkiyənin ən yaxşı 5 qolkiperindən biridir. Onun çıxışından çox məmnunuq. Mövsüm sonuna qədər bizimlə müqaviləsi var. Daha sonra nə olacağını birlikdə görəcəyik. ötən mövsüm onu bir çox klub istəsə də, o, bizimlə qalmışdı".

Qeyd edək ki, Şehiç 2013-18-ci illərdə "Qarabağ"da çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest