Münhen "Bavariya"sı Leverkuzen "Bayer"inin və Almaniya millisinin müdafiəçisi Conatan Ta və onun nümayəndələri ilə danışıqlara başlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist və insayder Florian Plettenberq sosial şəbəkə hesabında paylaşıb.
Bildirilir ki, yayda azad agentə çevriləcək alman futbolçunun transferində idman direktorları Maks Eberl və Kristof Freund, eləcə də baş məşqçi Vinsent Kompani israrlıdır.
Qeyd edək ki, daha əvvəl mətbuatda Xabi Alonsonun İspaniya klubuna təyin olunacağı təqdirdə Tanı "Real"a transfer etmək istədiyi barədə məlumatlar yayılmışdı. "Barselona" da alman təmsilçiləri ilə danışıqlar aparır və müxtəlif mətbuatda yayılan məlumatlara görə, artıq futbolçu ilə müqaviləni razılaşdırıb, lakin maliyyə sıxıntıları səbəbindən transferi tamamlaya bilmir.
Bu mövsüm Ta bütün turnirlərdə 47 oyun keçirib, 4 qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 30 milyon avrodur.