"Bavariya"nın vingeri Leroy Sane bu yay komandadan ayrıla bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sport Germany" paylaşıb.

Bildirilir ki, 29 yaşlı almaniyalı Münhen klubunun təklif etdiyi müqavilədən narazıdır. Beləliklə, Sane azad agent kimi klubun düşərgəsini tərk edə bilər.

Saneni "Arsenal", "Çelsi" və bəzi La Liqa komandaları istəyir.

Qeyd edək ki, bu mövsüm Leroy 44 oyun keçirib, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest