11 May 2025, 09:51
FUTBOL
Türkiyə Superliqasında 35-ci turun növbəti oyunu keçirilib.
Matc.az xəbər verir ki, "Trabzonspor" evdə "Qalatasaray"ı qəbul edib.
Çətin Trabzon səfəri İstanbul klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda qolların müəllifi Abdulkerim Bardakçı və Alvaro Morata olub.
Qeyd edək ki, xallarını 86-ya çatdıran "Qalatasaray" turnir cədvəlinin lideridir. "Trabzonspor" isə 46 xalla səkkizinci yerdədir.