"Barselona" rəhbərliyi Martines üçün 80 milyon avro və üç oyunçu - Junior Firpo, Nelson Semedo və Todibonu təklif edib. Ancaq "İnter" 111 milyon avro tələb edərək bu təklifi rədd etdi

"Barselona" "İnter" lə hücumçu Lautaro Martines barədə danışıqları dayandırmaq üçün son tarix təyin edib. Matc.az  "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Kataloniya klubu qarşı tərəfə 10 gün vaxt verib.

"Barselona" rəhbərliyi  Martines üçün 80 milyon avro və üç oyunçu - Junior Firpo, Nelson Semedo və Todibonu təklif edib. Ancaq "İnter" 111 milyon avro tələb edərək bu təklifi rədd etdi. İtaliya klubu argentinalı üçün 90 milyon avro və iki oyunçu -Arturo Vidalla Antuan Qrizmannı bir illik pulsuz icarəyə götürməyi tələb edib. Kataloniya təmsilçisi isə bununla razılaşmayıb. Əgər tərəflər 10 gün ərzində anlaşa bilməsələr, "Barselona"nın tranferdən vaz keçəcəyi bildirilir.

Lautaronun "İnter" lə müqaviləsi 2023-cü ilə qədərdir. O, 2019/20 mövsümündə "İnter"də 31 matçda çıxış edib və 16 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest